BMT nümayəndələrinə atəş açıldı | Hücumla bağlı İsrailə sərt bəyanat
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Livandakı sülhməramlıların müşahidə qülləsinə zərbə endirib.
Bu barədə UNIFIL komandanlığının “X” sosial şəbəkəsindəki bəyanatında deyilir.
Məlumata görə, İsrailin Merkava tankı ərazidə fəaliyyət göstərən BMT nümayəndələrinə məxsus “mavi dəbilqəlilər” kimi tanınan müşahidəçilərin olduğu qülləyə zərbə endirib. Hücum nəticəsində orada quraşdırılan avadanlıqlar, xüsusən də videokameralar sıradan çıxarılıb.
Paylaşımda o da vurğulanıb ki, Kəfr Kiladakı obyektdə olan sülhməramlılar xəsarət almayıb, lakin müşahidə qülləsinə ziyan dəyib.
“Biz hesab edirik ki, sülhməramlıların mövqelərinə bu atəş qəsdən açılıb”, – deyə UNIFIL komandanlığı iddia edib.
Bəyanatda həmçinin vurğulanıb ki, Livandakı sülhməramlı missiyanın heyətinin və əmlakının təhlükəsizliyini təmin etmək və BMT obyektlərinin toxunulmazlığına hörmət etmək öhdəliyi mütləqdir.
#İsrail teqi istifadə olunub
- Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM
- Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir
- Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR
- İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
- Hərbi əməliyyatlar nə vaxt başlaya bilər? - “İran sərt cavab verməli olacaq” - Baku TV
