Boğazın minalardan təmizlənməsi əməliyyatlarına qoşulacaqlar
Fransa ilə Oman gəmiçiliyin təhlükəsizliyini və azadlığını təmin etmək üçün Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatlarına qoşulmaq qərarına gəlib.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron Oman Sultanı Heytəm bin Tariq Al Səidlə danışıqların yekunları üzrə "X" sosial şəbəkəsində bildirib.
"Biz Yaxın Şərqdə gərginliyin azaldılması üzərində birgə işləyirik. Dəniz yollarının təhlükəsizliyini təmin etmək və Hörmüz boğazı vasitəsilə azad və şərtsiz gəmiçiliyə zəmanət vermək üçün boğazın minalardan təmizlənməsi əməliyyatlarının aparılmasında tərəfdaşlarımızla əməkdaşlıq etmək qərarına gəldik", – o yazıb.
Makronun sözlərinə görə, bu gün Oman və Fransa həmçinin ikitərəfli tərəfdaşlığı gücləndirməyə xidmət edən iqtisadi, elmi, mədəni və sənaye sahələrində bir sıra tarixi sazişlər bağlayıb.
#Fransa teqi istifadə olunub
- Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV
- Fransa Prezidenti dezinformasiya təhlükəsindən danışdı
- Minlərlə mağazanın qarət olunduğu hadisələrə görə 149 nəfərə hökm çıxarılıb
- XİN-dən Fransaya səfər planlaşdıran Azərbaycan vətəndaşlarına xəbərdarlıq - 24 SAAT
- XİN Fransadakı iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib - Baku TV
