Pleyeri seçin:

Böyrəklər üçün böyük riskli məqam | Alimlər nələri üzə çıxardı?

25 mart 2026 380 baxış

Pekin Universitetinin alimləri müəyyən ediblər ki, xroniki böyrək xəstəliklərinin və böyrək çatışmazlığının terminal mərhələsinin yayılmasının artması ortaillik temperaturun yüksəlməsi ilə əlaqəlidir.

Tədqiqatçılar ABŞ-nin müxtəlif bölgələrində iqlim şəraitinin böyrək xəstəlikləri ilə əlaqəsini araşdırıblar. Bunun üçün onlar 65 yaşdan yuxarı insanlar arasında diaqnoz qoyulmuş xroniki böyrək xəstəliyi haqqında "Medicare" proqramının məlumatlarından, həmçinin son mərhələ böyrək xəstəliyi statistikasından istifadə ediblər.

Xroniki böyrək xəstəliyi böyrəklərin qanı süzmək və orqanizmdən artıq maye ilə maddələr mübadiləsinin tullantılarını xaric etmək qabiliyyətini tədricən itirdiyi haldır. Təhlil göstərib ki, diaqnoz qoyulmuş xroniki böyrək xəstəliyinin yayılmasının təxminən 0,23 faiz artması ortaillik temperaturun 1°C yüksəlməsi ilə əlaqələndirilir.

Bundan əlavə, anormal istilik dövrlərində temperaturla böyrək funksiyasının pisləşməsi arasında əlaqə daha da güclənib. Temperatur həddi nə qədər yüksək idisə və istilik nə qədər uzun davam edirdisə, risk bir o qədər nəzərəçarpacaq dərəcədə artırdı.

Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr ətraf mühit amillərinin böyrək sağlamlığında mühüm rol oynadığını göstərir. İqlim risklərinin nəzərə alınması profilaktik tədbirlərin hazırlanmasına və ən həssas icmalarda böyrək xəstəliklərinin yayılmasının azaldılmasına kömək edə bilər.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 380 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 380 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 380 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 380 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 380 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 380 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 380 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 380 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 380 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 380 baxış
Seçilmişlər
icon