Pleyeri seçin:

Şəkərsiz diabet tromb əmələ gətirir? | İnsan gün ərzində 20 litr…

18 yanvar 2025 513 baxış

Şəkərsiz diabet böyrəklərdə suyun sorulması və sidik konsentrasiyasının pozulması ilə özünü göstərən xəstəliklər qrupudur.

Bu xəstəlik güclü susuzluqla müşayiət olunur və bu zaman insan gündə 3 litrdən 20 litrə qədər su içə bilər.

Bu barədə Avropa Tibb Mərkəzinin endokrinoloqu Kamilə Tabeyeva danışıb.

O, gündüz və gecə vaxtı bol və tez-tez sidik ifrazı, dəri quruluğu və kifayət qədər maye çatışmazlığı fonunda zəifliyin də şəkərsiz diabetin əlamətləri sırasında olduğunu vurğulayıb.

"Xəstəlik tez-tez qəbizliklə müşayiət olunur. Şəkərsiz diabet əsasən artmış iş yükü səbəbindən böyrək funksiyasının azalması riski ilə təhlükəlidir. Susuzlaşma və qanın qatılaşması səbəbindən tromb əmələ gəlmə təhlükəsi də yaranır. Digər fəsadlara mədə-bağırsaq sisteminin işinin pozulması, zəiflik, əsəbilik və sinir sisteminin zədələnməsi də daxildir", – deyə həkim bildirib.

Şəkərsiz diabet irsiyyət problemləri fonunda gen mutasiyaları, hipofiz və hipotalamus sahəsində beyin törəmələri, kəllə-beyin travması, müxtəlif infeksion xəstəliklər və vazopressin hormonunun qəbul edilməməsi ilə əlaqəli böyrək xəstəlikləri səbəbindən inkişaf edə bilər.

"Bununla belə, şəkərsiz diabet nadir xəstəlikdir. Beyində, xüsusilə hipofiz və hipotalamusda vazopressin ifraz olunur. Bu hormon orqanizmdə nə qədər suyun qalmalı və nə qədərinin orqanizmdən çıxmalı olduğunu tənzimləyir. Hormonun ifrazının və ya təsirinin pozulması nəticəsində şəkərsiz diabet inkişaf edir. Xəstəliyin pik dövrü 20-30 yaş arasına düşür", – deyə həkim əlavə edib.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 513 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 513 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 513 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 513 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 513 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 513 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 513 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 513 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 513 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 513 baxış
Seçilmişlər
icon