Pleyeri seçin:

Böyük Britaniydan köçənlərin sayı artıb

08 mart 2026 307 baxış

Böyük Britaniyada hər il əlavə olaraq təxminən 50 min nəfərin ölkəni tərk edəcəyi gözlənilir.

Bu barədə ölkənin Büdcə Məsuliyyəti Ofisi məlumat yayıb. Qurumun proqnozuna görə, ölkədən köç edənlərin sayının artması iqtisadi artıma mənfi təsir göstərə bilər.

Qurum bildirir ki, ölkəni tərk edənlərin böyük hissəsini Britaniya vətəndaşları təşkil edəcək. Hesabata əsasən, xalis miqrasiya 2030-cu ilə qədər ildə orta hesabla 235 min nəfər təşkil edəcək. Bu göstərici ötən ilin noyabr ayında proqnozlaşdırılan 295 min nəfərlik rəqəmdən aşağıdır.

Büdcə Məsuliyyəti Ofisi qeyd edib ki, proqnozdakı dəyişiklik əsasən Britaniya vətəndaşlarının xalis miqrasiyası ilə bağlı daha mənfi gözləntilərlə əlaqədardır.

Son dövrlərdə ölkəni tərk edənlərin sayında artım müşahidə olunur. Bu tendensiya hökumətin tətbiq etdiyi vergi artımları və ölkədə daimi yaşayış statusu olmayan varlı şəxslərə qarşı sərtləşdirilən qaydalarla əlaqələndirilir.

Milli Statistika İdarəsinin məlumatına görə, 2024-cü ildə 257 min britaniyalı ölkəni tərk edib. Bu rəqəm əvvəlki 77 min nəfərlik proqnozdan üç dəfədən çoxdur.

Bundan əlavə, 2021–2024-cü illər arasında ümumilikdə 992 min britaniyalı ölkədən köçüb. Bu göstərici əvvəlki 343 min nəfərlik qiymətləndirmədən xeyli yüksəkdir.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 307 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 307 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 307 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 307 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 307 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 307 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 307 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 307 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 307 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 307 baxış
Seçilmişlər
icon