Pleyeri seçin:

Braziliya Ali Məhkəməsi sabiq prezident barədə qərar verdi

05 avqust 2025 616 baxış

Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonarunu ev dustaqlığına buraxıb.

“Reuters” xəbər verir ki, məhkəmə həmçinin onun mobil telefondan istifadəsinə qadağa qoyub və ünsiyyət qura biləcəyi insanları məhdudlaşdırıb.

Hakim hökmünü Bolsonarunun avqustun 3-də videolink vasitəsilə tərəfdarlarına müraciət etməsi və daha sonra onun nitqinin hissələrinin sosial mediada yayılması ilə əsaslandırıb. Hakim bunu istintaq orqanlarına və məhkəmə sisteminə təzyiq cəhdi kimi qiymətləndirib.

70 yaşlı keçmiş prezident 2022-ci il seçkilərində qalib gələn Luiz İnasio Lula da Silva hökumətini devirmək planında ittiham olunur.

İttihama görə, 2023-cü il yanvarın 8-də Bolsonaru tərəfdarları Lulanın andiçməsindən qısa müddət sonra Konqresə, Ali Məhkəməyə və Braziliyadakı prezident sarayına hücum ediblər.

İyulun 19-da məhkəmə artıq siyasətçiyə bir sıra qadağalar qoyub – ondan elektron qolbaq taxmaq və sosial şəbəkələrdən istifadə etməmək tələb olunur. Hazırkı məhkəmə prosesinin başa çatmaq üzrə olduğu bildirilir. Bolsonaru ölkədə “demokratik hüquqi nizamı məhv etmək”də ittiham olunur. Lakin o, bütün ittihamları qətiyyətlə rədd edir.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 616 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 616 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 616 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 616 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 616 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 616 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 616 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 616 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 616 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 616 baxış
Seçilmişlər
icon