Britaniya Ordusunda təhlükəsizliklə bağlı ciddi suallar yenidən gündəmə gəlib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Britaniya Ordusuna məxsus məxfi hərbi sənədlər zibil qutusundan tapılıb.
Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilib ki, Britaniya Müdafiə Nazirliyi ölkənin ən böyük hərbi bazalarından biri olan Keterik qarnizonuna aid məxfi sənədlərin təsadüfən bələdiyyənin təkrar emal konteynerinə atılmasından sonra araşdırmaya başlayıb.
Məlumata görə, sənədlər qarnizondan təxminən 4 kilometr aralıda yerləşən təkrar emal məntəqəsində aşkarlanıb. Onların arasında əsgərlərin ad və rütbələri, silah anbarları ilə bağlı məlumatlar, mühafizə növbələrinin cədvəlləri, təhlükəsizlik protokolları və hərbi bazanın müdafiə sisteminə dair qeydlər yer alıb.
Sənədləri tapan şəxs onların adi kağız tullantıları arasında olduğunu bildirib.
Hadisədən sonra Kral Hərbi Polisi araşdırmaya başlayıb. İstintaq çərçivəsində sənədlərin qarnizondan təkrar emal məntəqəsinə necə düşdüyü araşdırılır.
Aşkarlanan materiallarda bazada qeydə alınmış müxtəlif insidentlər də əks olunub. Onların arasında hərbi avadanlığın oğurlanması, perimetr hasarında açılmış dəlik, təhlükəsizlik növbələri, silahların uçotu, hərbi qulluqçuların intizam pozuntuları və digər daxili hadisələr barədə qeydlər var.
Britaniya Müdafiə Nazirliyi məlumatların qorunmasına ciddi yanaşdıqlarını bildirərək, ilkin araşdırmanın nəticələrinə görə sənədlərdə həssas əməliyyat xarakterli məlumatların olmadığını açıqlayıb.
Hadisə ilə bağlı daxili araşdırma davam etdirilir.
#Böyük Britaniya teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
- Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib
