Dünya
Pleyeri seçin:
Bu idman növü islama uyğun deyil, çünki... | "Taliban" qadağanın səbəbini açıqladı
Taliban hərəkatı MMA-nı (qarışıq döyüş sənəti) islam qanunlarına sığmayan idman növü adlandırıb və Əfqanıstanda qadağan edib.
Talibanın İdman və Bədən Tərbiyəsi İdarəsinin sözçüsü Atel Meşvani bildirib ki, məsələ ilə bağlı qərar verildikdən sonra ölkədə MMA yarışları keçirilməyəcək.
“Artıq bu idman növü ilə bağlı dini fikirlər var idi və araşdırmanın nəticəsi belə oldu ki, açıq döyüşə icazə verilməsin. MMA şəriət qanunları baxımından problemlidir və islam təlimləri ilə ziddiyyət təşkil edir”, – deyə o bildirib.
Taliban hərəkatının rəsmiləri MMA-nın çox zorakı və ölüm təhlükəsinin olduğunu qeyd ediblər.
Kopyalandı
Seçilmişlər