Pleyeri seçin:

"Bu, islam qaydalarına ziddir" | Güneyli rejissora qarşı təzyiqlər

02 dekabr 2025 642 baxış

Təbrizdə “Koroğlu” tamaşasının səhnələşdirilməsi Şəhər Şurasının üzvü Həkimə Qafuri və bəzi radikal cərəyanlara mənsub şəxslərin etirazı ilə qarşılaşıb.

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, Qafuri və onu dəstəkləyənlər tamaşada qadın sənətçilərin rəqs etməsi və oxumalarını qınayıb, bunun islam qaydalarına zidd olduğunu iddia ediblər.

Şəhər Şurasının üzvü Həkimə Qafuri İslami İrşad İdarəsindən tamaşanın rejissoru Yaqub Camali Sadiqin fəaliyyət lisenziyasının ləğv edilməsini tələb edib.

Təbriz Şəhər Şurasının başçısı Qulamrza Əhmədi isə tamaşanın səhnələşdirilməsi üçün başçılıq etdiyi qurum və Təbriz bələdiyyəsinin məsuliyyət daşımadığını bildirib. O, etirazları “vətəndaşların həssas və məsələlərə məsuliyyətli yanaşması” adlandırıb, əlaqədar qurumların tamaşada baş verən “pozuntulara” görə qanuni addım atacaqlarını söyləyib.

Təbrizli rejissor Yaqub Camali Sadiq isə etiraz və iradları əsassız hesab edib, narazıların Azərbaycan mədəniyyətindən xəbərsiz olduqlarını deyib. O, Şəhər Şurasını məsuliyyət daşıdığı işlərlə məşğul olmağa çağırıb, tamaşanı müzakirə etmək əvəzinə qurumda mövcud olan korrupsiya və qanunsuz halları aradan qaldırmağı tövsiyə edib.

Qeyd edək ki, Təbrizdə səhnəyə çıxarılan “Koroğlu” tamaşasının nümayişi təbrizlilərin rəğbəti ilə qarşılandığı üçün daha bir neçə gün uzadılıb. Biletlərin onlayn satışına başlanıldıqdan 1 gün sonra 5 000 biletin satıldığı bildirilib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 642 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 642 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 642 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 642 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 642 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 642 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 642 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 642 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 642 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 642 baxış
Seçilmişlər
icon