Pleyeri seçin:

Bu ittiham Türkiyə və Fransa arasında gərginlik yaratdı

04 may 2024 595 baxış

Fransa Milli Assambleyasının qətnaməsi tarixi reallıqlarla ziddiyyət təşkil edir, belə sənədlər yalnız parlamentlərin reputasiyasını ləkələyir.

Bu barədə Türkiyə parlamentinin sədri Numan Kurtulmuşun Fransa Milli Assambleyasının sədri Yael Braun-Piveyə aprelin 29-da fransalı qanunvericilərin assurlar və keldanilərlə bağlı qəbul etdiyi qərəzli qətnamə ilə bağlı yazdığı məktubda deyilir.

O, Ankaranın Parislə parlament əlaqələri qurmaq cəhdləri fonunda Milli Assambleyanın bu əsassız qətnaməni qəbul etməsindən təəssüfləndiyini bildirib.

“Bu, tarixi həqiqətlərə uyğun gəlməyən, Türkiyənin layiq olmadığı ciddi ittihamdır. Bu sənəddə 1915-ci ildə Osmanlıda baş vermiş hadisələrlə bağlı tarixi və hüquqi baxımdan əsassız olan bəyanatların növbəti dəfə təkrarlanması təəssüf hissi doğurur”, – deyə Numan Kurtulmuş bildirib.

O vurğulayıb ki, qanunverici orqanlar tarixi hadisələri təhrif edərək düşmənçilik yaratmamalı, əksinə, müxtəlif xalqlar arasında dostluq əlaqələrinin inkişafı üçün səy göstərməlidirlər.

“Beynəlxalq hüquqda bu anlayışın dəqiq tərifinin olmasına baxmayaraq, tarixi faktları təkzib edən və ya soyqırımı ittihamları irəli sürən bu cür qətnamələr parlamentlərin reputasiyasına xələl gətirir. Tarixin siyasiləşdirilməsi, keçmiş hadisələrin seçmə, qərəzli və təhrif olunmuş şərhi yalnız ekstremizm, ayrı-seçkilik, dini dözümsüzlük və ksenofobiya üçün zəmin yaradır”, – deyə Türkiyə parlamentinin sədri əlavə edib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 595 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 595 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 595 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 595 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 595 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 595 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 595 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 595 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 595 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 595 baxış
Seçilmişlər
icon