Pleyeri seçin:
Bu ölkə İranda olan vətəndaşlarını təcili geri çağırdı
Almaniya Xarici İşlər Nazirliyi “Avropa üçlüyü”nün (Almaniya, Böyük Britaniya, Fransa) Tehrana qarşı sanksiyaları bərpa etmək cəhdləri fonunda öz vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“Biz İrana səfər etməmək barədə xəbərdarlıq edirik. Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırırıq”, – bəyanatda deyilib.
Qurum izah edib ki, İran hökumətinin nümayəndələri keçmişdə belə bir addıma cavab olaraq dəfələrlə nəticələrlə hədələdikləri üçün cavab tədbirlərinin Almaniyanın maraqlarına və vətəndaşlarına təsir göstərə biləcəyini istisna etmək olmaz.
“Almaniyanın Tehrandakı səfirliyi hazırda vətəndaşlara yalnız məhdud miqyasda konsulluq yardımı göstərə bilər”, – XİN əlavə edib.
Kopyalandı
#İran teqi istifadə olunub
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
- Tehranda keçirilən müzakirələrdə Səudiyyə Ərəbistanının təhlükəsizliyi məsələsi önə çıxıb
- Katz İranın İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə biləcəyini bildirib
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
