Bu ölkə Makronu belə cəzalandırdı | Münasibətlər gərginləşir
Birləşmiş Ərəb Əmirlikləri ilə Fransa arasında münasibətlər gərginləşib.
Adıçəkilən ərəb ölkəsi “Telegram”ın qurucusu Pavel Durovun həbsini qanunsuz adlandırıb və Fransadan 80 döyüş təyyarəsi almağa dair müqaviləni dondurduğunu açıqlayıb.
Yerli medianın məlumatına görə, bu qərar Parisi 17 milyard dollar ziyana sala bilər.
Qeyd edək ki, sosial şəbəkənin təsisçisi BƏƏ vətəndaşıdır və baş nazirin müavini Həmdan Əl Maktumun yaxın dostudur. Rusiyada dünyaya göz açmış Pavel Durovun həmçinin Fransa vətəndaşlığı var. Bundan əvvəl BƏƏ tərəfi Durovla əlaqə yarada bilmək üçün onun Fransadakı konsulluğun xidmətindən yararlanmasına şərait yaradılmasını tələb edib.
Yerli mediada yayılan xəbərə görə, adıçəkilən ərəb ölkəsi Paris-Le Burje Hava Limanında həbs edilən "Telegram” rəhbərinin işini yaxından izləyir.