Bu şəxslərin günü qaralacaq | Gürcüstanda kimlər xarici agent sayılacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda “Xarici agentlərin qeydiyyatı haqqında” qanun qüvvəyə minib.
Yeni sənəddə təkcə xaricdən maliyyələşən fiziki və hüquqi şəxslər deyil, eyni zamanda, Gürcüstanda fəaliyyəti xarici dövlətlərin maraqlarına xidmət edən, onun tələblərinə əməl etməyən hər kəs “xarici agent” hesab olunacaq və cinayət məsuliyyətinə cəlb ediləcək.
Qanunun təsiri altına düşənlərin əhatə dairəsinə xarici dövlətlərin hakimiyyət nümayəndələri və ya xarici ölkədə fəaliyyət göstərən siyasi partiyalar, Gürcüstanın sərhədlərindən kənarda yaşan şəxslər, ölkənin siyasi həyatında iştirak edən reklam agentləri, eləcə də xarici təşkilatın fəaliyyətində müşavir qismində iştirak edən fiziki və ya hüquqi şəxslər daxildir.
Bildirək ki, qanun xüsusən də mediaya şamil edilir. Eyni zamanda xarici təşkilatın mənfəətinə xidmət edəcək vəsaitlərin toplanması ilə məşğul olanlara da “xarici agent” statusu veriləcək. Bu termin Gürcüstanda təsis edilən və qeydiyyatdan keçən yayım şirkətləri, mətbuat orqanları və ya assosiasiyalara şamil edilməyəcək. Qanuna əməl edilməməsi 1800-3600 ABŞ dolları arasında cərimə ilə nəticələnəcək.
Qeyd edək ki, sözügedən qanun Amerikanın Xarici Agentlərin Qeydiyyatı Aktı ilə tam eynidir.
#Gürcüstan teqi istifadə olunub
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
