Buna icazə verməsi o deməkdir ki, Ukrayna... | Trampdan Putinə təşəkkür
“ABŞ Rusiya tərəfindən amerikalı sabiq diplomat Mark Fogelin azad edilməsini yüksək qiymətləndirir”.
Bunu Ağ Evdə ABŞ Prezidenti Donald Tramp Fogellə görüşü zamanı deyib.
“Mən Markın evə gəlməsinə icazə vermələrini çox yüksək qiymətləndirirəm. Fogelin azad edilməsi Ukrayna münaqişəsinin həlli üçün çox mühüm elementə çevrilə bilər və bu məsələdə mühüm irəliləyiş əldə olunub. Bu qərar tərəfimizdən çox ədalətli və ağlabatan addım kimi qiymətləndirirlir”, – deyə o sözlərinə əlavə edib.
Qeyd edək ki, Mark Fogel Moskvada Anglo-Amerikan Məktəbində müəllim işləyib və daha əvvəl isə ABŞ-nin Rusiyadakı səfirliyinin əməkdaşı olub. Fogel 2021-ci il avqustun 14-də Nyu-Yorkdan uçarkən Şeremetyevo Hava Limanında saxlanılıb. Saxlanılan zaman onun çamadanından marixuana və həşiş yağı tapılıb. O, narkotik qaçaqmalçılığına görə 14 il müddətinə azadlıqdan məhrum edilib.
