Bunlar düşmənlərin əlinə keçsə... | Hərbçilərin həyatını təhlükəyə atan məsələ
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın Nyukasl şəhərinin küçələrinin birində yerdə səpələnmiş yüzlərlə səhifəlik məxfi hərbi sənədlər tapılıb.
Yerli KİV-in məlumatına görə, sənədlər zibil torbasının yanında aşkarlanıb.
Böyük Britaniya Müdafiə Nazirliyi martın 16-da tapılan sənədlərin araşdırıldığını bildirib. Nazirlik sözügedən kağızların lazımi şəxslərə təqdim edildiyini təsdiqləyib.
Sənədlərdə Britaniya hərbçilərinin adları, şəxsiyyət vəsiqələri və əlaqə məlumatları, silahların verilməsi tarixi və vəzifə tapşırıqları barədə məlumatlar olub. Bəzi sənədlərin üzərində məxfi yazı qeyd edilib.
Hökumətdən verilən məlumatda bildirilib ki, məlumatlar düşmənlərin əlinə keçərsə, London və onun müttəfiqləri üçün, bəzi hallarda isə hərbçilərin həyatı üçün təhlükə yarana bilər.
Sənədlərdən biri Arsenalın Açarları və Təhlükəsizlik Sisteminin Kodları adlanıb. Kağızların Şimali Yorkşir qraflığında yerləşən Britaniya Quru Qüvvələrinin ən böyük bazası olan Ketterik qarnizonuna aid olma ehtimalı da qüvvədə qalır.
#Böyük Britaniya teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
- Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib
