Dünya
Pleyeri seçin:

Bunu pul üçün etmirik, Rusiya təklif etdi ki... | Durov hər şeyi danışdı

06 sentyabr 2024

“Telegram” messencerinin baş direktoru Pavel Durov Fransada saxlanılması ilə bağlı ilk dəfə açıqlama verib.

Bu barədə messencerin qurucusu özünün “Telegram” kanalında vəziyyəti şərh edib.

O, Parisə gəldikdən sonra dörd gün ərzində polis tərəfindən dindirildiyini söyləyib. P.Durov bir neçə məqamı qeyd edərək, bu cür iddiaların onu təəccübləndirdiyini bildirib.

Onun sözlərinə görə, “Telegram”ın Avropa Birliyində bu regiondan gələn sorğuları qəbul edən və cavablandıran rəsmi nümayəndəsi var. Nümayəndənin əlaqə məlumatları hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə haqqında məlumat axtaran hər kəs üçün asanlıqla əldə edilə bilər.

İkincisi, Fransa hakimiyyəti ölkənin Dubaydakı konsulluğuna tez-tez baş çəkdiyini və hətta onlara Fransada terrorizmlə mübarizə üçün qaynar xətt yaratmağa kömək etdiyini nəzərə alaraq, birbaşa ona müraciət edə bilərdi.

Üçüncü məqam internet xidmətləri ilə işləmə praktikası ilə bağlı idi. P.Durov vurğulayıb ki, əgər ölkə onlayn xidmətin işindən razı deyilsə, daha adi üsul ona qarşı iddia qaldırmaqdır.

P.Durov məxfilik və təhlükəsizlik arasında tarazlığa nail olmağın çətin olduğunu etiraf edib. Qeyd edib ki, məlumatların qorunması hüquq-mühafizə orqanlarının tələbləri ilə razılaşdırılmalı, həmçinin yerli və Avropa qanunları nəzərə alınmalıdır.

“Bəzən biz məxfilik və təhlükəsizlik arasında düzgün balans məsələsində ölkənin tənzimləyicisi ilə razılaşa bilmirik. Belə olan halda biz o ölkəni tərk etməyə hazırıq. Bunu dəfələrlə etmişik. Rusiya bizdən nəzarəti təmin etmək üçün “şifrələmə açarlarını” təhvil verməyimizi tələb etdikdə biz bundan imtina etdik və “Telegram” Rusiyada qadağan edildi. İran bizdən dinc nümayişçilərin kanallarını bağlamağı tələb etdikdə biz bundan imtina etdik və “Telegram” İranda da qadağan olundu.

Prinsiplərimizə uyğun gəlməyən bazarları tərk etməyə hazırıq, çünki bunu pul üçün etmirik. Biz insanların əsas hüquqlarını, xüsusən də bu hüquqların pozulduğu yerlərdə müdafiə etməyə çalışırıq”, – deyə Pavel Durov bildirib.

Siçanlar da sürücü oldu | Maşın sürməkdən ötrü ürəyi gedən kiçik "avtoşlar"

Siçanlar da sürücü oldu | Maşın sürməkdən ötrü ürəyi gedən kiçik "avtoşlar"

Dünya
22 noyabr 2024
Oğulun etdiyi əməlin cəzasını atası çəkdi | Dəhşətli detallar açıqlandı

Oğulun etdiyi əməlin cəzasını atası çəkdi | Dəhşətli detallar açıqlandı

Dünya
22 noyabr 2024
NATO ilə bağlı sensasiya | Yüz minlərlə əsgərə gizli tapşırıq verilir?

NATO ilə bağlı sensasiya | Yüz minlərlə əsgərə gizli tapşırıq verilir?

Dünya
22 noyabr 2024
Şimali Koreyadan güc nümayişi | Kim Çen In silah sərgisində iştirak etdi

Şimali Koreyadan güc nümayişi | Kim Çen In silah sərgisində iştirak etdi

Dünya
22 noyabr 2024
Onlara elə güclə zərbə vuracağıq ki… | Kadırov Qərbə meydan oxudu

Onlara elə güclə zərbə vuracağıq ki… | Kadırov Qərbə meydan oxudu

Dünya
22 noyabr 2024
Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi

Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi

Dünya
22 noyabr 2024
Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu

Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu

Dünya
22 noyabr 2024
"Hizbullah" liderinin sui-qəsdi ilə bağlı sensasiya | İsrail vəziyyətdən necə istifadə etdi?

"Hizbullah" liderinin sui-qəsdi ilə bağlı sensasiya | İsrail vəziyyətdən necə istifadə etdi?

Dünya
22 noyabr 2024
Müharibə daha da şiddətləndi | Ukrayna artıq 4 ölkəyə qarşı döyüşür?

Müharibə daha da şiddətləndi | Ukrayna artıq 4 ölkəyə qarşı döyüşür?

Dünya
22 noyabr 2024
Türkiyənin "Sıfır tullantı" stendi COP29-da diqqətləri öz üzərinə çəkdi

Türkiyənin "Sıfır tullantı" stendi COP29-da diqqətləri öz üzərinə çəkdi

Dünya
22 noyabr 2024
Seçilmişlər
icon