Cenevrədə G7 sammiti öncəsi genişmiqyaslı etiraz aksiyası keçirilib - Baku TV
İsveçrənin Cenevrə şəhərində “Böyük yeddilik” sammiti ərəfəsində minlərlə qloballaşma əleyhdarı küçələrə çıxaraq müharibələrə, kapitalizmə və aparıcı dövlətlərin siyasətinə qarşı etiraz aksiyası keçirib.
Məlumata görə, Fransanın Evian şəhərində iyunun 15-17-də keçiriləcək “Böyük yeddilik” sammiti öncəsi “G7-yə yox!” hərəkatının təşkil etdiyi yürüşə onminlərlə insan qatılıb.
Aksiyada qadın hüquqları müdafiəçiləri, Fələstin tərəfdarları, həmkarlar ittifaqları, iqlim fəalları və digər qruplar iştirak ediblər.
Etirazçılar “Fələstinə azadlıq”, “Biz hamımız antifaşistik” kimi şüarlar səsləndirib.
Qeyd edək ki, iyunun 15-17-də Fransada keçiriləcək “Böyük yeddilik” sammitində qlobal təhlükəsizlik, iqtisadiyyat və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.
#İsveçrə teqi istifadə olunub
- SOCAR bu ölkələr üzrə satışlardan nə qədər gəlir əldə etdi? - Baku TV
- İqnasio Kassis SOCAR-la bağlı şəxsi təcrübəsini bölüşdü - Baku TV
- Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçiriləcək - Baku TV
- Ceyhun Bayramov Azərbaycan-İsveçrə arasında iqtisadi əməkdaşlıqdan danışdı - Baku TV
- Dağ mühiti alətin səslənməsi üçün ideal şərait yaradır
