Pleyeri seçin:

Cenevrədə keçirilən ABŞ-İran danışıqları barədə detallar

27 fevral 2026 302 baxış

Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında nüvə danışıqları başa çatıb.

Bu barədə "Axios" məlumat yayıb. Qeyd olunub ki, danışıqlar üç saat davam edib.

Eyni zamanda İranın "Mehr" agentliyi danışıqların bu gün daha sonra davam edəcəyini bildirib.

"Cenevrədə biz kreativ və pozitiv ideyalar mübadiləsi apardıq. İndi amerikalı və iranlı danışıqçılar fasiləyə çıxıblar. Biz onları bu gün daha sonra bərpa edəcəyik. Daha böyük irəliləyiş əldə etməyə ümid edirik", – deyə Omanın xarici işlər naziri Bədr Əl-Busaidi bəyan edib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai isə öz növbəsində bildirib ki, Hər hansı bir razılaşma ilk növbədə ədalətsiz sanksiyaların ləğvini təmin etməlidir.

Bəqai vurğulayıb ki, müzakirələr Omanın xarici işlər naziri Bədr əl-Busaidi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossinin iştirakı ilə çox ciddi və intensiv şəkildə aparılıb.

Onun sözlərinə görə, hər iki nümayəndə heyəti mövqelərini ölkə rəhbərlikləri ilə razılaşdırdığı üçün danışıqlarda fasilələr yaranır. Danışıqlar hər iki tərəf keçirilən sessiya zamanı hazırlanmış təkliflərin müzakirəsini davam etdirmək niyyətindədir.

Qeyd edək ki, İsveçrənin Cenevrə şəhərində ABŞ və İran nümayəndələri arasında növbəti görüş keçirilib. Bu görüş tərəflər arasında İranın nüvə proqramı üzrə aparılan danışıqların üçüncü raundu hesab olunur.

Müzakirələrin əsas məqsədi regionda gərginliyi azaltmaq və tərəflər arasında qarşılıqlı etimadı bərpa etmək üçün yollar tapmaqdır. Bu müzakirələr beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Tərəflər arasında aparılan diplomatik təmaslar üçün Cenevrə platforması artıq ənənəvi məkana çevrilib.

Almaniya Çinlə ticarət kəsirini 55 milyard avroya qədər artırıb

Almaniya Çinlə ticarət kəsirini 55 milyard avroya qədər artırıb

Dünya
10 avqust 2026 302 baxış
Pezeşkian qonşu ölkələrdən razı qaldığını açıqladı | Mühüm detalları təqdim etdi - Baku TV

Pezeşkian qonşu ölkələrdən razı qaldığını açıqladı | Mühüm detalları təqdim etdi - Baku TV

Dünya
10 avqust 2026 302 baxış
ABŞ Ordusunun hərəkətlərinə qarşı Tehrandan cavab gələcək? - Baku TV

ABŞ Ordusunun hərəkətlərinə qarşı Tehrandan cavab gələcək? - Baku TV

Dünya
10 avqust 2026 302 baxış
Almaniya Ordusunda dronlarla mübarizə imkanlarının genişləndirilməsi planlaşdırılır - Baku TV

Almaniya Ordusunda dronlarla mübarizə imkanlarının genişləndirilməsi planlaşdırılır - Baku TV

Dünya
10 avqust 2026 302 baxış
Vaşinqtonda İranla bağlı xətt dəyişdi? | Tramp nəticəyə nikbin baxır - Baku TV

Vaşinqtonda İranla bağlı xətt dəyişdi? | Tramp nəticəyə nikbin baxır - Baku TV

Dünya
10 avqust 2026 302 baxış
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan saziş imzaladı - Baku TV

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan saziş imzaladı - Baku TV

Dünya
10 avqust 2026 302 baxış
Belqoroda kütləvi dron hücumu | Yaralıların arasında uşaqlar da var - Baku TV

Belqoroda kütləvi dron hücumu | Yaralıların arasında uşaqlar da var - Baku TV

Dünya
10 avqust 2026 302 baxış
Hörmüz böhranı neft bazarına təsir edib | Bəzi ölkələr bundan qazanc əldə edib - Baku TV

Hörmüz böhranı neft bazarına təsir edib | Bəzi ölkələr bundan qazanc əldə edib - Baku TV

Dünya
10 avqust 2026 302 baxış
İran rəhbərliyinin müzakirəsi zamanı əsas problemlər masaya qoyulub - Baku TV

İran rəhbərliyinin müzakirəsi zamanı əsas problemlər masaya qoyulub - Baku TV

Dünya
10 avqust 2026 302 baxış
İsrail qoşunların geri çəkilməsi üçün şərt qoyur | HƏMAS tam tərk-silah edilməlidir - Baku TV CANLI

İsrail qoşunların geri çəkilməsi üçün şərt qoyur | HƏMAS tam tərk-silah edilməlidir - Baku TV CANLI

Dünya
09 avqust 2026 302 baxış
Seçilmişlər
icon