Pleyeri seçin:

Cənubi Afrika Prezidentindən Trampın qərarına reaksiya

27 noyabr 2025 649 baxış

Cənubi Afrika Prezidenti Siril Ramafosa ABŞ Prezidenti Donald Trampın ölkəsini 2026-cı ilin dekabr ayında Floridada keçirilməsi planlaşdırılan növbəti G20 sammitinə dəvət etməyəcəyindən təəssüfləndiyini bildirib.

Onun açıqlaması Cənubi Afrika Prezident ofisinin “X” sosial media platformasında yerləşdirilib:

“S.Ramafosa Prezident Trampın Cənubi Afrikanın 2026-cı il G20 sammitində iştirakı ilə bağlı təəssüf doğuran açıqlamasını qeyd edib”.

Açıqlamada həmçinin qeyd olunub ki, Cənubi Afrika suveren demokratik dövlət kimi qlobal platformalarda iştirakının dəyəri ilə bağlı başqa bir dövlətin təhqirlərinə dözmür və G20-də tam hüquqlu, aktiv və konstruktiv üzv kimi iştirak etməyə davam etmək niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl D.Tramp “Truth Social”da Cənubi Afrikanın 2026-cı il Florida sammitinə dəvət olunmayacağını açıqlayıb:

“Son sammitin sonunda Cənubi Afrika hakimiyyəti bağlanış mərasimində sədrliyi ABŞ səfirliyinin yüksəkvəzifəli məmuruna təhvil verməkdən imtina etdi. Buna görə də mənim göstərişimlə Cənubi Afrika Florida ştatının Mayami şəhərinin ev sahibliyi edəcəyi 2026-cı il G20 Zirvə toplantısına dəvət olunmayacaq”.

Bundan əlavə, D.Tramp bir daha Cənubi Afrikanı ağlara qarşı soyqırımda günahlandırıb.

D.Tramp 22-23 noyabr tarixlərində Cənubi Afrikada keçirilən sammiti boykot edib.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 649 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 649 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 649 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 649 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 649 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 649 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 649 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 649 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 649 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 649 baxış
Seçilmişlər
icon