Pleyeri seçin:

Çevriliş etmək istəyənlərə Rusiyada təlim keçirilib? | Elə şeylər üzə çıxdı ki...

19 sentyabr 2024 525 baxış

Sentyabrın 18-də Ermənistanda çevriliş yolu ilə hakimiyyəti ələ keçirməyə cəhd edən 3 nəfərdən birinin adı açıqlanıb.

Məlumata görə, dövlət çevrilişində əli olanlardan biri “Qara Pantera” hərbi birləşməsinin lideri Serob Qasparyandır.

Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, hərbi çevriliş hazırlamaq üçün bir qrup Ermənistan vətəndaşı guya Rusiyada xüsusi təlimlər də keçib.

Sözügedən “igidlər” hakimiyyət sevdasına qovuşa bilməkdən ötrü yerli sakinlərə çevrilişdə iştirak etmək üçün 220 min rubl pul da təklif ediblər.

İddialara görə, onlara hətta 3 aylıq təlimlərdə iştirak etmək üçün şərait yaradılıb.

Saxlanılan quldur dəstənin üzvləri dövlət mülklərini talama, ölkədə iğtişaşlar yaratmaq, dövlət çevrilişinə cəhd və daha bir neçə maddə ilə hakim qarşısına çıxarılacaq.

İstintaq Komitəsindən həmçinin o da bildirilib ki, təqsirləndirilən şəxslər əməllərini boyunlarına alaraq, həqiqətən də, hakimiyyəti devirmək istədiklərini etiraf ediblər. Bu niyyətlərinə çata bilmək üçün mütəmadi Rusiyanin Rostov-na-Donu şəhərinə səfər etdiklərini, orada mühacir ermənilərlə görüşüb danışdıqlarını da vurğulayıblar.

“3 nəfərlə çevriliş olar?” sualına cavab olaraq isə bildiriblər ki, sayımız çox idi, sadəcə olaraq silahlı çevrilişdən qorxub sıralarımızı tərk edənlər oldu deyə az sayda qaldıq.

Xatırladaq ki, ilkin olaraq ələ keçən 7 nəfərdən 4-ü qaçaraq gizlənib. Hüquq-mühafizə qüvvələri onların kimliyini, həm də yerlərini müəyyən etməyə çalışır. 

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 525 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 525 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 525 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 525 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 525 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 525 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 525 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 525 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 525 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 525 baxış
Seçilmişlər
icon