Çindən ABŞ-yə rüsumlarla bağlı cavab gecikmədi | Qalmaqallı açıqlamanın detalları
Çin bu gündən etibarən ABŞ-dən idxal olunan mallarına əlavə rüsumları 84 faizdən 125 faizə qaldırıb.
Çinin Maliyyə Nazirliyi qeyd edib ki, bundan sonra Pekin Çin məhsullarına əlavə ABŞ tariflərinə məhəl qoymayacaq:
"Bazarın artıq Çinə ixrac edilən Amerika mallarını indiki tarif səviyyələrində qəbul etmək imkanının olmadığını nəzərə alsaq, Amerika tərəfi bundan sonra da ABŞ-yə ixrac edilən Çin mallarına tariflər tətbiq etməyə davam edərsə, Çin tərəfi buna əhəmiyyət verməyəcək".
Çin Ticarət Nazirliyi öz növbəsində ABŞ-nin Çinə qarşı həddindən artıq yüksək tariflərinin tətbiqinin iqtisadiyyat üçün praktiki əhəmiyyəti olmayan rəqəmlər oyununa çevrildiyini vurğulayıb:
"Tariflərin artırılması yalnız onu göstərir ki, ABŞ tariflərdən zorakılıq və məcburiyyət vasitəsi kimi istifadə edir, onu gülüş obyektinə çevirir".
#Çin teqi istifadə olunub
- “WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək
- Yaponiya siyasi gərginliyə görə pandasız qala bilər
- Çində kişi 6 aylıq evlilikdən sonra arvadını məhkəməyə verdi
- Sensasiya: İki nəhəng avtomobil şirkəti Çinə qarşı birləşdi
- Çində qorxulu anlar | Ayı təlimçisinə hücum etdi
