Pleyeri seçin:

Çinli milyarderlərin reytinqlərində gözlənilməz dəyişiklik | Onları əvəz edənlər isə...

29 oktyabr 2024 81 baxış

Son üç ildə Çində dollar milyarderlərinin sayı 30 faizdən çox azalıb.

Məlumatı “Financial Times” (FT) “Hurun” araşdırma qrupuna istinadən yayıb.

Araşdırmaya görə, dinamika hökumətin sərt tədbirləri, iqtisadiyyatın bəzi sektorlarında zəiflik və birjalardakı depressiya ilə əlaqəlidir. Əgər 2021-ci ildə Çində 1185 dollar milyarderi var idisə, üç ildən sonra onların sayı cəmi 753 nəfər olub. Təkcə son bir ildə onların sayı 16 faiz azalıb.

Bundan əlavə, çinli milyarderlərin reytinqində birinci yerləri tutanların keyfiyyət tərkibi dəyişir. Məsələn, “TikTok”un sahibi, “ByteDance”ın rəhbəri Zhang Yiming 49 milyard dollar sərvətlə ən varlı şəxs olub. Əvvəllər bu vəzifəni “şüşələnmiş suyun kralı” Çjonq Şanşan tuturdu.

Üçüncü yerdə “Tencent”in yaradıcısı Poni Ma, dördüncü yerdə “Pinduoduo” və “Temu”nun yaradıcısı Kolin Huanq qərarlaşıb. 2020-ci ildə siyahıya başçılıq edən, lakin həmin il ictimaiyyətin nəzərindən itən “Alibaba”nın sahibi Cek Ma 2024-cü ildə 10-cu yerdədir.

Analitiklərin fikrincə, super zəngin insanların sayının azalması tikinti sektorunun zəngin köhnə qvardiyasının Çinin bir vaxtlar inkişaf edən daşınmaz əmlak bazarının çökməsi nəticəsində sıradan çıxmasına görə baş verir.

Bundan əvvəl Çin sənayesinin problemlərinin pisləşdiyi barədə məlumat verilmişdi. Ən pis vəziyyət tikinti sənayesində, kömür hasilatı və avadanlıq istehsalındadır.

İsrailin polis qərargahı və peyk mərkəzi vuruldu - Baku TV CANLI

İsrailin polis qərargahı və peyk mərkəzi vuruldu - Baku TV CANLI

Dünya
15 mart 2026 81 baxış
Səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə təşkil olunub

Səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə təşkil olunub

Dünya
15 mart 2026 81 baxış
Ölkələr arasında Çin liderdir

Ölkələr arasında Çin liderdir

Dünya
15 mart 2026 81 baxış
Münaqişə ilə bağlı yeni mərhələ | İran şərtləri açıqladı - Baku TV

Münaqişə ilə bağlı yeni mərhələ | İran şərtləri açıqladı - Baku TV

Dünya
15 mart 2026 81 baxış
Qətərdən qayıdanlar San-Pauloya çatıblar

Qətərdən qayıdanlar San-Pauloya çatıblar

Dünya
15 mart 2026 81 baxış
Bağdadda hücum nəticəsində ölənlər dəfn edildi

Bağdadda hücum nəticəsində ölənlər dəfn edildi

Dünya
15 mart 2026 81 baxış
30 milyard ildə bir saniyəlik xəta ilə işləyir

30 milyard ildə bir saniyəlik xəta ilə işləyir

Dünya
15 mart 2026 81 baxış
Livana edilən hücumlarda 1 gündə 14 tibb işçisi həlak oldu

Livana edilən hücumlarda 1 gündə 14 tibb işçisi həlak oldu

Dünya
15 mart 2026 81 baxış
Müctəba Xamenei yaralı vəziyyətdə Moskvaya aparılıb? - Baku TV CANLI

Müctəba Xamenei yaralı vəziyyətdə Moskvaya aparılıb? - Baku TV CANLI

Dünya
15 mart 2026 81 baxış
İran yeni əməliyyata başladı | ABŞ hərbi bazaları hədəf alındı - Baku TV

İran yeni əməliyyata başladı | ABŞ hərbi bazaları hədəf alındı - Baku TV

Dünya
15 mart 2026 81 baxış
Seçilmişlər
icon