Con Kennedinin qardaşı oğlunu aradan götürmək istəyirlər?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidentliyinə namizəd, keçmiş Amerika prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi ABŞ-nin inqilabla üz-üzə qaldığını bildirib.
Bu barədə siyasətçi “X” sosial şəbəkəsində yazıb.
Kiçik R.Kennedinin fikrincə, ABŞ-də inqilab başlayacaq, onun idealizmə, yoxsa qaranlıq reqressiv qüvvələrə əsaslanacağı yeganə sual qalır.
“Seçim bizimdir”, – prezidentliyə namizəd əlavə edib.
Bundan əvvəl Pensilvaniyada seçki kampaniyası zamanı sui-qəsdə məruz qalan keçmiş prezident Donald Tramp kiçik Robert Kennedinin təhlükəsizliyini təmin etməyə çağırmışdı.
D.Tramp hesab edir ki, R.Kennedinin “ailə tarixini nəzərə alaraq” təhlükəsizliyi təmin edilməlidir.
Qeyd edək ki, Robert Kennedinin eyni adlı atası Robert Frensis Kennedi də 1968-ci ildə prezidentliyə namizədliyini verdikdən sonra sui-qəsd nəticəsində öldürülüb.
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
