Corcinanın Ronaldoya daha ehtiyacı yoxdur? | Hansı markalarla əməkdaşlıq edir?
"Əl-Nəsr" futbol klubunda çıxış edən Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez son vaxtlar media səhnəsində dominantlıq edir.
O, son günlər tez-tez gündəmə gəlir. "I Am Georgina" serialının 3-cü sezonu bu yaxınlarda "Netflix"də yayımlanıb. Model həm də sahibi olduğu "Laverne" ətrinin tükənməsi və İspaniyanın Asturias şəhərində aldığı ev ilə öyünür.
Kriştiano Ronaldonun nişanlısının aktivləri 19,8 milyon dollar olaraq qiymətləndirilir. İnfluenser "I Am Georgina"nın ilk sezonu üçün 10 milyon dollar alıb. İkinci və üçüncü sezonların isə "Netflix"ə daha da baha başa gələcəyi bildirilir.
Gördüyümüz kimi, Madriddəki "Gucci" mağazasının sadə satıcısının sərvəti artır. O, artıq müstəqil fiqurdur. Corcina Rodrigezin karyerası çox sürətlə inkişaf edir və onun portfelinə artıq "Alo", "Vetements", "Chopard", "L'Oreal", JPG, "Guess" və "Charlotte Tilbury" ilə əməkdaşlıqlar daxildir.
Corcina Rodrigez artıq "Voque" və "Forbes" kimi jurnalların üz qabığında da yer alıb. Deyəsən, K.Ronaldonun sevgilisinin yüksəlişini daha dayandırmaq mümkün deyil və onun artıq K.Ronaldodan maddi asılılığı qalmayıb.