Pleyeri seçin:
Dilənçinin evindən nə qədər pul tapıldı?
İraqın paytaxtı Bağdadda xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən yaşlı dilənçinin ölümündən sonra milyonçu olduğu ortaya çıxıb.
Ölümündən sonra mərhumun qardaşları bacısının vəsiqəsini almaq üçün getdikləri evdə milyonlarla İraq dinarı və torbalarda qızıl tapıblar. Pulu və qızılları götürüb evdən çıxarkən qonşular onları görüb və dərhal polisə xəbər veriblər.
Polisin evə baxışı zamanı qızılla birlikdə 380 min dollardan çox pul tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən qadının yaxınlarını saxlayıblar.
Qonşuları dilənçiliklə çörəkpulu qazanan qadına çox kömək etdiklərini, tənha qadına daim yemək verdiklərini də bildiriblər. Ölən qadının oğlunun polis əməkdaşı olduğu da iddia edilib.
Kopyalandı
#İraq teqi istifadə olunub
- “Bizim buna ehtiyacımız var” | Hakan Fidandan çağırış
- Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV
- Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri ölkəmizdə səfərdədir - Baku TV
- Ölkələr İran təhlükəsinə qarşı birləşir?
- Bağdad ABŞ və Səudiyyə addımlarından sonra təhlükəsizlik iclası keçirdi - Baku TV CANLI
