Dneprdə vəziyyət ağırlaşdı | Hücumlar güclü yanğına səbəb oldu
Ukraynanın Dnepr şəhəri növbəti dəfə pilotsuz uçuş aparatı ilə atəşə tutulub. Nəticədə biri körpə olmaqla altı nəfər yaralanıb.
Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının başçısı Serqiy Lisak “Telegram” kanalında məlumat verib.
Dneprdə vəziyyətin ağır olduğunu deyən Serqiy Lisak hava hücumundan müdafiə qüvvələrinin iki raketi zərərsizləşdirdiyini bildirib.
Qeyd edək ki, qalıqların düşməsi nəticəsində mülki infrastruktur zədələndiyindən yanğın başlayıb və sakinlər yaralanıb. Xəsarət alan körpənin vəziyyəti qənaətbəxşdir, o, ambulator müalicə alır. 17 yaşlı gənc oğlan isə orta ağır vəziyyətdə xəstəxanadadır. Bundan əlavə, 15 avtomobilə, habelə ətrafdakı evlərə və xəstəxanaya ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyinin iyunun 4-də yaydığı məlumatda isə bildirilir ki, Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.
#Ukrayna teqi istifadə olunub
- Çernobıl hadisəsi təkrarlana bilər | Agentlikdən xəbərdarlıq - Baku TV CANLI
- Putindən Rusiya-Ukrayna müharibəsi barədə sensasiyalı açıqlama - Baku TV CANLI
- “Zelenskinin tapşırıqlarını yerinə yetirməyi o qadağan edib” | Mendel
- Uitkoff və Kuşner Ukrayna lideri ilə görüşəcək?
- Prezident Aparatını sarsıdan qalmaqal | Kiyevdə güclərin oyunu: Ölkənin aqibəti necə olacaq?
