“Donanması olmayan ölkə Rusiyanı alçaltdı” | Putin indi kimlərə əl açıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynaya qarşı apardığı müharibə fonunda Vladimir Putinin mövqeyi ciddi şəkildə zəifləyir.
Bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevdə səfərdə olarkən deyib.
Nazir bildirib ki, Kreml artıq bir milyondan çox hərbçisini itirib, 10 mindən çox tank və zirehli texnika sıradan çıxarılıb, Rusiyanın Qara dəniz donanması isə donanması olmayan bir ölkə tərəfindən alçaldılıb.
Con Hili qeyd edib ki, Şimali Koreyanın əsgər, Çinin isə texnologiya sahəsində vacib komponentlər göndərməsi V.Putinin digər ölkələrə yardım üçün yalvardığını sübut edir.
“V.Putin həmişə güc nümayiş etdirməyə çalışır, amma o, indi heç vaxt olmadığı qədər zəifdir”, – deyə britaniyalı nazir vurğulayıb.
Bununla yanaşı, “The Sun” nəşri xəbər verib ki, Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1 milyard dollar yardım göndərib.
“Dondurulmuş Rusiya aktivlərindən əldə edilən bir milyard dollardan çox vəsait Ukraynaya hərbi yardım üçün yönəldilib”, – deyə Con Hili bildirib.
O həmçinin deyib ki, Britaniya atəşkəs olacağı təqdirdə Ukraynaya göndərmək niyyətində olduğu Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini də nəzərdən keçirir.
#Con Hili teqi istifadə olunub
- Den Carvis ölkənin müdafiə naziri təyin edilib
- Böyük Britaniyanın müdafiə naziri Kiyevə səfərində təhlükə ilə üz-üzə
- Böyük Britaniyanın müdafiə nazirindən Putinlə bağlı açıqlama - Baku TV
- Ankara və London "Eurofighter" müqaviləsini imzaladı | Son onilliklərin ən böyük sövdələşməsi
- Britaniya Ukraynaya qoşun göndərəcək?
