Donbasın nə qədər hissəsi Ukraynada qalıb?
Ukraynada bir ilə yaxındır davam edən ədalətsiz müharibə səbəbindən dünya Rusiyaya qarşı təzyiqi daha da artırır. Kreml Ukrayna savaşında və sanksiyaların getdikcə artan təsiri altında güc itirdikcə, qonşu dövlətlərə qarşı siyasətini daha da sərtləşdirir.
Bu özünü daha çox sərhədyanı region ölkələrinə münasibətdə göstərir. Lakin onu da xatırlatmaq yerinə düşər ki, Kreml bir müddət sanki gözləmə mövqeyinə keçmişdi, indi isə yenidən hələlik bəyanat şəklində müdaxilələrə başlayıb.
Belə ki, Dmitri Peskov açıqlama verərək Kremlin Qazaxıstanda rusların hüquqlarının qorunmasını təmin edəcəyini bildirib. Səslənən bu qorxulu fikir, yəqin ki, Rusiyanın xarici siyasətinə bələd olan heç kəsə yad deyil. Çünki bu şimal ölkəsi tarix boyu fiziki müdaxilə etmək istədiyi ölkələrə qarşı bu təzyiq rıçağından istifadə etməyi sevir.
Bəs nəyə görə indiki məqamda belə bir yol seçilib?