Pleyeri seçin:

Dondurulmuş milyardlarla pulun Ukraynaya yönəldilməsi barədə ciddi qarşıdurma yaşanır

23 dekabr 2025 604 baxış

Rusiyalı oliqarx Roman Abramoviç Böyük Britaniyada dondurulmuş milyardlarla avronun Ukraynaya yönəldilməsi məsələsində Londonla ciddi qarşıdurma yaşayır.

Böyük Britaniya hökuməti Abramoviçə “Çelsi” futbol klubunun satışından əldə edilən 2,8 milyard avronun humanitar məqsədlər üçün Ukraynaya verilməsi ilə bağlı 90 gün vaxt qoyub.

BBC-nin məlumatına əsasən, Baş nazir Kir Starmer bu barədə açıq mesaj verib. “Mesajım aydındır: vaxt gedir. Öhdəliyinizi yerinə yetirin və pulu indi ödəyin”, – deyə o bildirib.

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz də məsələ ilə bağlı sərt mövqe nümayiş etdirərək, vəsaitin hələ də Britaniya bank hesabında dondurulmuş qalmasını “qəbuledilməz” adlandırıb.

Mübahisənin əsas səbəbi vəsaitin necə istifadə olunacağıdır. London israr edir ki, 2,8 milyard avro yalnız Ukraynadakı müharibə qurbanlarına yönəldilməlidir və bunun üçün xüsusi xeyriyyə fondu yaradılmalıdır.

Abramoviç isə vəsaitin “bütün müharibə qurbanları” üçün istifadəsini tələb edir ki, bu da rusiyalı vətəndaşları da əhatə edir.

Britaniya hökuməti bildirib ki, əgər Abramoviç bu mövqedən geri çəkilməsə, London məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildə “Çelsi” klubunu təxminən 140 milyon funt sterlinqə almışdı. Klub onun rəhbərliyi dövründə iki dəfə – 2012 və 2021-ci illərdə UEFA Çempionlar Liqasının qalibi olub.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra Abramoviç Kremlə yaxınlığı səbəbi ilə Qərbin sanksiyalar siyahısına salınıb.

Bundan sonra o, klubu satışa çıxarıb və 2022-ci ilin mayında “Çelsi” ABŞ-li investor Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satılıb. Satışdan əldə olunan milyardlarla avro isə o vaxtdan bəri Böyük Britaniyada dondurulmuş vəziyyətdə qalır.

Abramoviç son illərdə ictimaiyyətdən uzaq görünür. O, 2022-ci ilin sentyabrında britaniyalı hərbçilərin Rusiya əsirliyindən azad edilməsində vasitəçi kimi çıxış etdiyi iddiaları ilə gündəmə gəlmişdi. Bununla belə, oliqarxın maddi çətinliklə üzləşdiyinə dair heç bir əlamət yoxdur – onun dəbdəbəli yaxtası müxtəlif ölkələrin sahillərində dəfələrlə görüntülənib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 604 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 604 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 604 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 604 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 604 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 604 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 604 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 604 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 604 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 604 baxış
Seçilmişlər
icon