Dövlət Baxçalı: “Öcalan vədini yerinə yetirdi”
Yeniliklərdən dərhal xəbərdar olun
“Kürd qardaşlarımızı YPG ilə eyniləşdirmək nadanlıqdır. Suriyada yeni siyasi-hərbi balans formalaşıb, dövlət hakimiyyəti təmin olunub. YPG-nin inteqrasiyası müsbət qarşılanır. Suriyada paralel ordu ancaq xəyal ola bilər, həmçinin Suriyadakı hadisələri bura daşımaq xoşniyyətli yanaşma deyil”.
Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
MHP lideri xatırladıb ki, yanvarın 30-da Dəməşqlə SDQ arasında atəşkəs və Suriya Ordusuna inteqrasiya mövzusunda razılaşma əldə olunub:
“Bu, dönüş nöqtəsidir. Artıq bağlanmış razılaşmanın icrasına dünən başlanıb. Suriyada “dövlət içində dövlət” olmayacağı dəqiqləşib. Qonşu ölkənin xəritəsi artıq bir rəngə bürünüb, işğalçılar zəbt etdikləri ərazilərdən çıxarılıb. Mühüm bir mərhələ geridə qalıb.
PKK-nın qurucu rəhbərliyi (Abdullah Öcalan) verdiyi vədlərdən sonra fəaliyyətini dayandırdı, təşkilatın ləğvini təmin etdi. Bu çağırış təşkilatın bütün tərkib hissələri tərəfindən qəbul olundu. Türkiyədə olduğu kimi Suriyada da təxribatlar ola bilər. Səbirli və ehtiyatlı olmaq lazımdır”.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
