Pleyeri seçin:
Dubayda partlayan “Tejas”ın pilotu həlak olub
Hindistanın “Tejas” qırıcı təyyarəsi noyabrın 21-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində uçuş zamanı qəzaya uğrayıb. Nəticədə, pilot həlak olub.
Məlumatı Hindistanın Hərbi Hava Qüvvələri yayıb.
Hadisə şahidlərinin çəkdiyi videoda təyyarənin havaya qalxandan sonra qəfil eniş etdiyi əks olunub. Uçuş-eniş zolağına yaxınlaşanda isə partlayış baş verib və ərazi tüstüyə bürünüb. Qəzanın səbəblərinin araşdırılması üçün İstintaq Komissiyası yaradılıb.
Hindistanın Hərbi Hava Qüvvələrinin məlumatına görə, yanan təyyarə dərhal söndürülüb və Birləşmiş Ərəb Əmirliklərinin müvafiq orqanları ərazidə yoxlama işləri aparıb.
Qeyd edək ki, qəza Yaxın Şərqin ən böyük aviasiya tədbirinin son günündə baş verib.
Kopyalandı
#Hindistan teqi istifadə olunub
- Hindistanda milyonlar xərclənən 3 günlük şənlik
- İrəvan 1,2 milyard dollarlıq müqavilədən imtina etdi - ANA XƏBƏR
- Ermənistan “Tejas” döyüş təyyarələrinin alınması ilə bağlı Dehli ilə danışıqları dayandırıb
- Hindistan və ABŞ arasında enerji əlaqələrinin güclənməsinə yönəlmiş strateji addım
- Yeni Dehlidəki partlayış terror aktı kimi tanındı
