Dünyaya ən çox avtomobili Çin sata bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Çin 2023-cü ilin sonuna kimi Yaponiyanı keçərək dünyanın ən böyük avtomobil ixracatçısı ola bilər. Bu barədə CNBC “Moody's Analytics” məlumatlarına istinadən məlumat yayıb.
Analitiklərin hesabatına görə, ikinci rübün sonunda Çinlə reytinqin lideri Yaponiya arasında ixrac fərqi ayda 70 min avtomobilə qədər azaldığı halda bir il əvvəl bu fərq 171 min avtomobil olub.
Qeyd olunub ki, 2021-ci ildə Çin avtomobil istehsalına görə Cənubi Koreyanı keçib, 2022-ci ildə isə Almaniyanı qabaqlayaraq ikinci ən böyük avtomobil ixracatçısı olub.
Elektrikli avtomobillərə artan tələbat sayəsində Çindən avtomobil ixracı pandemiyadan əvvəlki səviyyələri üstələyib. Belə ki, 2023-cü ilin birinci yarısında Çinin elektriklə işləyən avtomobillərin ixracından əldə etdiyi gəlir əvvəlki illə müqayisədə iki dəfə artıb.
Analitiklərin fikrincə, Çin avtomobil sənayesinin üstünlüyü litium-ion akkumulyatorların istehsalıdır ki, bu da elektrikli avtomobillərin istehsalının maya dəyərini azalda bilər.
Bir sözlə, bu gedişlə yaxın illərdə bütün dünya Çin maşını sürəcək.
#Çin teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək
- Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur
- Momoge qoruğunda köçəri quşların təhlükəsizliyi üçün tədbirlər gücləndirilib
