Elm tarixində görünməmiş an | Sirlərlə dolu hadisə alimləri susdurdu
Dünyada bir çox səhralar artan quraqlıqdan əziyyət çəkdiyi halda, Hindistanın Tar səhrası şəhər və kənd təsərrüfatı inkişafının mərkəzinə çevrilərək 16 milyondan çox əhalisi ilə dünyanın ən sıx məskunlaşmış səhrası olub.
Buranın sakinləri son 20 il ərzində landşaftı dəyişərək onu həm kənd təsərrüfatı, həm də şəhər tipli mühitə çeviriblər. Bu da səhranın yaşıllaşmasının əsas səbəblərindən biri hesab olunur.
Digər amil isə bölgədə musson yağışlarının artmasına səbəb olan iqlim dəyişikliyidir.
Peyk görüntülərinin təhlili göstərirb ki, Tar səhrası 38 faiz yaşıllaşıb. Bu dəyişikliklər bölgənin ərzaq təhlükəsizliyini artırsa da, səhraya uyğunlaşmış heyvan növlərinin bioloji müxtəlifliyini və ənənəvi köçəri təsərrüfat üsullarını təhlükə altına qoya bilər.
#Hindistan teqi istifadə olunub
