Pleyeri seçin:
Gecə klubunda partlayış: 25 nəfər öldü
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın Qoa ştatında gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 25-ə yüksəlib, onların arasında azı dörd turist var.
"Times of India" qəzetinin verdiyi məlumata görə, bunu polis rəisi Alok Kumar açıqlayıb.
"Dörd turistin və klubun 14 əməkdaşının həlak olduğu təsdiqlənib. Daha yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilir", – deyə Kumarın sözlərini nəşr yayıb. Ən azı 50 nəfər xəsarət alıb.
Hadisə dekabrın 7-nə keçən gecə Şimali Qoa bölgəsinin Arpora kəndində yerləşən "Birch by Romeo Lane" adlı gecə klubunda baş verib.
Hazırda araşdırma aparılır. İlkin məlumatlara görə, yanğının səbəbi müəssisənin mətbəxində qaz balonunun partlaması olub.
Kopyalandı
#Hindistan teqi istifadə olunub
- Kargil payızın rənglərinə bürünüb
- Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
