Dünya
Pleyeri seçin:
Ərdoğan ABŞ dövlət katibini qəbul edib
ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə gəlib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Blinkeni qəbul edib.
Prezidentlə dövlət katibinin görüşü Ankarada, Esenboğa hava limanında mətbuata qapalı şəkildə baş tutub.
İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya Şöbəsinin müdiri Fahrettin Altun, Prezident Administrasiyasının rəhbəri və səfir Hasan Doğan, həmçinin Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.
Kopyalandı
Seçilmişlər