Pleyeri seçin:

Yerdən 400 km yüksəlikdə partlayış | Alimlər nəyi kəşf etdi?

26 dekabr 2024 248 baxış

Alyaska Ferbanks Universitetinin amerikalı alimləri səmada sürətlə hərəkət edən qütb parıltısının yaradılması mexanizmini kəşf ediblər.

Bu, 2021-ci ildə aparılan KiNET-X eksperimentinin nəticələrinin təhlili sayəsində mümkün olub.

KiNET-X missiyası zamanı raket ionosferə barium termiti olan iki konteyner göndərib, bundan sonra konteynerlər Yerdən müvafiq olaraq 400 kilometr və 300 kilometr yüksəklikdə partlayıb.

Partlayış nəticəsində əmələ gələn plazma buludları Yerin maqnitosferinin plazma mühitində mövcud olan Alven dalğasının yaranmasına səbəb olmalı idi. Alven dalğaları plazmadakı pozuntular maqnit sahəsinə təsir etdikdə meydana gəlir.

Qeyd edək ki, plazma dalğalanmaları müxtəlif yollarla yarana bilər. Məsələn, Günəş alovlarından qəfil hissəciklərin atılması və ya müxtəlif sıxlığa malik iki plazmanın qarşılıqlı təsiri də bunu mümkün edir.

KiNET-X atmosferin yuxarı hissəsinə barium vasitəsilə ətrafdakı plazmanı qarışdırıb. Daha sonra Günəş işığı bariumu ionlaşmış plazmaya çevirərək istənilən vibrasiyanı yaradıb.

Yaranan dalğa ani olaraq planetin maqnit sahəsi xətlərinə paralel elektrik sahəsi xətləri əmələ gətirib. Gözlənildiyi kimi bu elektrik sahəsi maqnit sahəsindəki elektronları əhəmiyyətli dərəcədə sürətləndirib.

Tədqiqatçıların fikrincə, termit qabların partlamalarından əldə edilən enerji qütb parıltısını işə salmaq üçün kifayət etməyib, lakin yeni məlumatlar bu fenomenin mahiyyətini daha yaxşı anlamağa köməklik göstərib.

Yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb

Yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb

Dünya
07 sentyabr 2026 248 baxış
Tarixi nəqliyyat vasitələri Moskva küçələrində nümayiş etdirilib

Tarixi nəqliyyat vasitələri Moskva küçələrində nümayiş etdirilib

Dünya
07 sentyabr 2026 248 baxış
Miqrantları daşıyan gəmi təhlükəsizlik qüvvələrinin hədəfinə çevrilib

Miqrantları daşıyan gəmi təhlükəsizlik qüvvələrinin hədəfinə çevrilib

Dünya
07 sentyabr 2026 248 baxış
İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib

İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib

Dünya
07 sentyabr 2026 248 baxış
ABŞ-nin xüsusi təyinatlıları Hörmüz boğazında nə axtarır? - Baku TV CANLI

ABŞ-nin xüsusi təyinatlıları Hörmüz boğazında nə axtarır? - Baku TV CANLI

Dünya
07 sentyabr 2026 248 baxış
Hörmüz boğazında gəmi hərəkəti təhlükə altındadır

Hörmüz boğazında gəmi hərəkəti təhlükə altındadır

Dünya
07 sentyabr 2026 248 baxış
İran Hörmüzdəki mövcud vəziyyətə görə ABŞ-ni günahlandırıb

İran Hörmüzdəki mövcud vəziyyətə görə ABŞ-ni günahlandırıb

Dünya
07 sentyabr 2026 248 baxış
Plazma buludlarının Yerə çatması hansı təhlükələr yarada bilər?

Plazma buludlarının Yerə çatması hansı təhlükələr yarada bilər?

Dünya
07 sentyabr 2026 248 baxış
Meksikada pirotexniki vasitələr anbarındakı partlayışda çox sayda insan həlak olub - Baku TV

Meksikada pirotexniki vasitələr anbarındakı partlayışda çox sayda insan həlak olub - Baku TV

Dünya
07 sentyabr 2026 248 baxış
Sürətli arıqlama vəd edən çaylar nə qədər effektlidir?

Sürətli arıqlama vəd edən çaylar nə qədər effektlidir?

Dünya
07 sentyabr 2026 248 baxış
Seçilmişlər
icon