"Heç kimdən göstəriş qəbul etmirik” | Yunanıstanın Baş nazirindən Türkiyəyə xəbərdarlıq - Baku TV
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafını Afina ilə yaxşı qonşuluq münasibətləri ilə əlaqələndirib.
Yunanıstanın Baş naziri Avropa Şurasının Prezidenti Antonio Koşta ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyə ilə bağlı sərt açıqlamalar verib.
Yunanıstanın Baş naziri Antonio Koştanı Egey dənizində son dövrdə artdığını iddia etdiyi “Türkiyə təxribatları” barədə məlumatlandırdığını bildirib.
“Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməyə ümid edən bir ölkə tərəfindən müharibə istiqamətində aktiv təhdid və Yunanıstanın suverenliyinin şübhə altına alınması qəbuledilməzdir”, – deyə Mitsotakis bildirib.
O, Yunanıstanın müdafiə siyasətinə də toxunaraq Afinanın bu məsələdə kənardan göstəriş qəbul etməyəcəyini vurğulayıb:
“Öz müdafiə gücümüzü necə möhkəmləndirəcəyimiz barədə heç kimdən göstəriş qəbul etməyəcəyik”.
Mitsotakis Türkiyənin Avropa perspektivi ilə bağlı mövqeyini isə belə ifadə edib:
“Türkiyənin Avropa yolu Yunanıstanla yaxşı qonşuluq münasibətlərindən keçir”.
#Yunanıstan teqi istifadə olunub
- Ankaradan sərt etiraz | Türkiyə və Yunanıstan arasında nə baş verir? - Baku TV CANLI
- 2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə tapıldı
- Yunanıstanın hərbi addımı nəyə hazırlıqdır?
- Yunanıstanın təhlükəli hərbi planı Türkiyəni hərəkətə keçirdi - Baku TV CANLI
- Yunanıstanda meşə yanğınlarının əhatə dairəsi genişlənir | Sakinlər təxliyə edilir - Baku TV
