Pleyeri seçin:

Rusiyaya "stop", İsrailə "yaşıl işıq" | Afinanın yeni hava qalxanı necə qurulur? - HƏRBİ XRONİKA

08 sentyabr 2026 250 baxış

“Hərbi xronika”nın budəfəki buraxılışında Yunanıstanın hava hücumundan və raket əleyhinə müdafiə sistemini yenidən qurması, İsraillə imzalanan 3 milyard 35 milyon avroluq “Axilles qalxanı” layihəsi və yeni müdafiə arxitekturasının imkanları təhlil olunub.

Bildirilib ki, avqustun 31-də Təl-Əvivdə imzalanan sazişə əsasən, İsrail Yunanıstan üçün ballistik və qanadlı raketlərdən tutmuş döyüş təyyarələri və PUA-lara qədər müxtəlif təhdidlərə qarşı çoxqatlı müdafiə şəbəkəsi yaradacaq. Sistem müxtəlif radar və HHM komplekslərini vahid komanda-idarəetmə altında birləşdirəcək.

Qeyd olunub ki, “Axilles qalxanı”nın əsas elementləri “Davudun sapandı”, “Barak MX” və “SPYDER” kompleksləri, eləcə də ELTA-nın MMR radarları olacaq. “Davudun sapandı” yuxarı, “Barak MX” orta və uzun, “SPYDER All-in-One” isə aşağı müdafiə qatını təşkil edəcək. İlk “Barak MX” sistemlərinin 2027-ci ildə çatdırılması gözlənilir.

Vurğulanıb ki, yeni arxitekturanın əsas üstünlüyü müxtəlif sensorlardan alınan məlumatların vahid sistemdə birləşdirilməsi və təhlükəyə uyğun ən effektiv silahın avtomatik seçilməsidir. Mövcud “Patriot” komplekslərinin də şəbəkəyə qoşulması planlaşdırılır. Paralel olaraq “SPYDER” sistemlərinin “OSA” və “TOR-M1” komplekslərini əvəz etməsi, “S-300”lərin isə mərhələli şəkildə arsenaldan çıxarılması nəzərdə tutulur.

“Axilles qalxanı”nın 35 ay ərzində tam formalaşdırılması və 2029-cu ilin iyulunda hazır vəziyyətə gətirilməsi gözlənilir.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 250 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 250 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 250 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 250 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 250 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 250 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 250 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 250 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 250 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 250 baxış
Seçilmişlər
icon