Pleyeri seçin:
Rubionun Afinaya səfərində təhlükəsizlik və enerji məsələləri gündəmdədir
ABŞ dövlət katibi Marko Rubio oktyabrın 6-da ABŞ-Yunanıstan Strateji Dialoqunda iştirak etmək üçün Afinaya səfər edib.
Görüş Vaşinqton və Afina arasında əməkdaşlığın gücləndirilməsinə həsr olunub.
ABŞ Dövlət Departamentinin məlumatına görə, danışıqlarda administrasiyanın əsas prioritetləri, o cümlədən müdafiə sahəsində əməkdaşlıq, regional təhlükəsizlik və enerji təhlükəsizliyi məsələləri müzakirə ediləcək.
Rubionun Afinaya səfəri ilə əlaqədar solçu fəalların iştirakı ilə etiraz aksiyası da keçirilib. Yüzlərlə nümayişçi ABŞ dövlət katibinin gəlişinə etiraz edib.
Qeyd edək ki, Afinaya səfər Rubionun oktyabrın 5-dən 8-dək İslandiya, Yunanıstan və Portuqaliyaya planlaşdırılan turnesinin bir hissəsidir.
Kopyalandı
#Marko Rubio teqi istifadə olunub
- Rusiya–Ukrayna müharibəsi genişlənə bilər? | ABŞ dövlət katibindən diqqətçəkən açıqlama
- ABŞ dövlət katibi Avropaya hansı mesajı verdi?
- Vaşinqtondan Afina və Ankaraya xəbərdarlıq
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
- Rubio İran nümayəndə heyətinin ölkəni tərk etməsini tələb edib
