Startaplar dövlət xidmətlərindən operativ yardım alır
Çinin paytaxtı Pekində dövlət xidmətləri süni intellekt sahəsində fəaliyyət göstərən startaplara dəstək verir.
Şəhərin vətəndaş xidmətləri qaynar xətti şirkətlərin problemlərini onlar rəsmi şikayət etməzdən əvvəl müəyyənləşdirir və həllinə kömək edir. Bunun üçün süni intellekt və böyük həcmli məlumatlardan istifadə olunur.
“AI Genesis Community” bu sistemin uğurlu nümunələrindən biridir. Burada gənc sahibkarlar şirkətlərini yaratdıqları ilk gündən fəaliyyətlərini genişləndirənədək müxtəlif dövlət xidmətlərindən yararlana bilirlər.
İcmada “10 dəqiqə qaydası” tətbiq olunur. Bu qaydaya əsasən, sahibkarlar tərəfdaş texnologiya şirkətlərinə və vətəndaş xidmətləri qaynar xəttinin ofisinə piyada 10 dəqiqə ərzində çata bilirlər.
Startap sahiblərinin sözlərinə görə, onlar burada həm ofis xərcləri, həm də məhsulların qeydiyyatı ilə bağlı məsələlərdə operativ yardım alırlar.
Statistikaya görə, ötən il Pekinin vətəndaş xidmətləri qaynar xəttinə daxil olan müraciətlərin 97 faizindən çoxu həll edilib. Təkcə Haydian rayonunda təxminən 1,3 milyon müraciətə baxılıb.
Pekin bu sistem vasitəsilə texnologiya şirkətlərinin inkişafı üçün daha əlverişli şərait yaratmağa çalışır.
#Çin teqi istifadə olunub
- Pilotsuz kombaynlar düyü zəmilərində məhsul toplayır
- Xəzərdə güc balansı: Çinin iqtisadi, Rusiyanın hərbi, Qərbin enerji maraqları? - AKTUAL GÜNDƏM
- Robot əl incə və mürəkkəb hərəkətləri yerinə yetirə bilir
- Ziyarətçilərə canlılara toxunmaq imkanı yaradılır
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
