Pleyeri seçin:

Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV

06 oktyabr 2026 129 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.

Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunan irəliləyişləri qeyd ediblər.

Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Telefon danışığında 2026-cı ildə Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində əldə edilmiş nəticələrə də toxunulub. Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanmış sənədlərin əməkdaşlığın praktiki məzmununu əhəmiyyətli dərəcədə genişləndirdiyi bildirilib.

Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi, etimad quruculuğu və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar barədə ABŞ dövlət katibinə məlumat verib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Banner
Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 129 baxış
Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək - Baku TV

Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək - Baku TV

Siyasət
09 oktyabr 2026 129 baxış
Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV

Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV

Siyasət
09 oktyabr 2026 129 baxış
Azərbaycan-Ermənistan sülhü Trampı Nobelə yaxınlaşdıracaq? - Baku TV

Azərbaycan-Ermənistan sülhü Trampı Nobelə yaxınlaşdıracaq? - Baku TV

Siyasət
09 oktyabr 2026 129 baxış
Bakıdakı konfransda gənclərin milli-mənəvi tərbiyəsi ilə bağlı nələr müzakirə edilir? - Baku TV

Bakıdakı konfransda gənclərin milli-mənəvi tərbiyəsi ilə bağlı nələr müzakirə edilir? - Baku TV

Siyasət
09 oktyabr 2026 129 baxış
Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?

Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?

Siyasət
09 oktyabr 2026 129 baxış
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - Baku TV

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 129 baxış
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - Baku TV CANLI

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - Baku TV CANLI

Siyasət
09 oktyabr 2026 129 baxış
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksində

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksində

Siyasət
09 oktyabr 2026 129 baxış
"2028-ci ildə MDB Dövlət Başçıları Şurasının iclası Azərbaycanda keçiriləcək" | Prezident - Baku TV

"2028-ci ildə MDB Dövlət Başçıları Şurasının iclası Azərbaycanda keçiriləcək" | Prezident - Baku TV

Siyasət
09 oktyabr 2026 129 baxış
Seçilmişlər
icon