Xarici qüvvə ilə bağlı mövqe | Tehran sərhəd yaxınlığı barədə nə deyir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran “Tramp marşrutu” ilə bağlı mövqeyini açıqlayıb.
Tehran Cənubi Qafqazda nəqliyyat yollarının açılmasını dəstəkləyir. Ancaq sərhədlərinə yaxın ərazilərdə xarici hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini qəbuledilməz hesab edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin sözlərinə görə, İrəvan Tehrana təminat verib ki, marşrutun həyata keçirilməsi sərhədlərin dəyişməsinə səbəb olmayacaq və həmin ərazidə ABŞ hərbçiləri yerləşdirilməyəcək.
Bəqai bildirib ki, İran verilən təminatlarla kifayətlənməyəcək və aidiyyəti qurumlar vəziyyəti izləməkdə davam edəcək.
İndi əsas sual budur: Marşrutun təhlükəsizliyinə kim cavabdeh olacaq və bu məsələ Tehranın narahatlıqları nəzərə alınmaqla necə həll olunacaq?
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
