Ukrayna sülh sazişi üçün ərazi güzəştlərinə getməli olacaqmı? - Baku TV
Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində diplomatik proseslər intensivləşir. Gündəmdə üçtərəfli danışıqlar var.
ABŞ, Rusiya və Ukrayna eyni masada necə bir razılıq əldə edə bilər?
Millət vəkili Elman Nəsirov bildirib ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 10-dan sonra Əbu-Dabidə üçtərəfli danışıqların gözlənildiyini açıqlayıb. Deputat oxşar ilk görüşün 2026-cı il yanvarın 23-də keçirildiyini xatırladaraq vurğulayıb ki, ABŞ-nin tərəflərlə ayrı-ayrılıqda danışıqlarından sonra bu formatın bərpası müsbət addımdır, lakin görüş təkcə siyasi bəyanatlarla bitməməli, real nəticə verməlidir.
E.Nəsirov razılaşmaya mane olan məsələlərdən danışıb.
“Birincisi, ərazi məsələsidir. Rusiya Ukraynanın 19 %-ini (117 min km²) işğal edib. Moskva işğal olunmuş 117 min km² ilə yanaşı, Donetskin hələ zəbt edə bilmədiyi 5,5 min km² hissəsinin də təhvil verilməsini tələb edir. İkincisi isə təhlükəsizlik zəmanəti məsələsidir. Ukrayna sülhdən sonra Rusiyanın təkrar hücum etməyəcəyinə dair zəmanət və hərbi təhlükə anında ABŞ ilə NATO-nun dəqiq dəstək mexanizmini tələb edir. Rusiya isə Ukraynanın neytral status almasını, NATO-ya üzv olmamasını və ölkədə xarici hərbi kontingentin yerləşdirilməməsini şərt qoyur”, – deyə o bildirib.
Deputatın sözlərinə görə, tərəflərin kəskin fərqlənən mövqeləri səbəbindən ortaq məxrəcə gəlmək hələ ki mürəkkəbdir.
#Elman Nəsirov teqi istifadə olunub
- Dövlət başçısının çıxışındakı əsas mesajlar hansı istiqamətləri əhatə etdi?
- Azərbaycanın qarşıya qoyduğu hədəflər hansılardır? - Elman Nəsirovdan şərh - Baku TV
- Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- “Özünə orada villa da tikirdi...” | ATƏT-in Minsk qrupunun əsas niyyəti nə idi? - Baku TV
- Millət vəkili Elman Nəsirovun müəllifi olduğu kitabın təqdimat mərasimi - Baku TV
