Putin ABŞ nümayəndələri ilə görüşdə mürəkkəb vəziyyəti gündəmə gətirib - Baku TV
Amerika Birləşmiş Ştatları Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Moskvaya səfər ediblər.
ABŞ Prezidentinin xüsusi elçiləri, həmçinin onları müşayiət edən Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin olduğu kortej Kremlə gəlib.
Daha sonra isə Moskvada Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə görüşü olub. Görüş Kremldə baş tutub.
Görüşdə Rusiya tərəfdən Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xüsusi nümayəndə Kirill Dmitriyev iştirak edib.
Putin amerikalı danışıqçılarla görüşdə müzakirə edəcəyi vəziyyəti mürəkkəb adlandırıb.
Qeyd edək ki, Putin Uitkoffla artıq səkkizinci dəfə üzbəüz görüşür. Kuşner isə Ukrayna məsələsinin nizamlanması ilə bağlı müzakirələrdə üçüncü dəfə iştirak edir.
#ABŞ teqi istifadə olunub
- Tramp və Netanyahu arasında yeni müzakirələr | İran üçün hansı plan hazırlanır? - Baku TV
- ABŞ Prezidenti İran rəhbərliyindəki itkilərlə bağlı gözlənilməz etiraf etdi - Baku TV
- ABŞ və Avropadan Ukraynanın gələcəyi ilə bağlı yeni sülh planı | Rusiyanı nə gözləyir? - Baku TV
- Cənubi Koreyanın ABŞ-yə yatıracağı 50 milyard dollar hansı layihəyə sərf olunacaq? - Baku TV CANLI
- Vaşinqtonla Kiyev arasında münasibətlər yenidən gərginləşə bilər - Baku TV CANLI
