Ərdoğandan Bəşər Əsədin devrilməsinin ildönümü ilə əlaqədar diqqətçəkən açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada hakimiyyət dəyişikliyinin birinci ildönümü ilə bağlı açıqlama verib.
Türkiyə lideri bu barədə sosial media hesabında yazıb.
“İllərlə davam edən zülm rejimi, çox ağır bədəl, böyük ağrı və ən müxtəlif çətinliklərdən sonra suriyalı qardaşlarımızı azadlığına qovuşduran 8 Dekabr İnqilabının birinci ildönümünü ürəkdən təbrik edirəm. Devrilmiş rejim və terror təşkilatlarının hücumlarında şəhid olan qardaşlarımızı rəhmətlə yad edirəm. 8 Dekabr – Suriya Azadlıq Günündə qardaş Suriya xalqına Türkiyənin ən səmimi salam və məhəbbətlərini çatdırıram.
Suriyalı qardaşlarımızın son bir ildə bütün çətinliklər, sabotaj cəhdləri və təxribatlara baxmayaraq, qət etdikləri yolu məmnuniyyət və təqdirlə qarşılayırıq. Suriyanın ərazi bütövlüyünün qorunması, ölkə daxilində bütün təbəqələri əhatə edən sülhün təmin olunması və bölgəsində sülh və sabitlik mərkəzi kimi önə çıxması üçün lazım olan bütün dəstəyi verməyə davam edəcəyik”, – Prezident Ərdoğan bildirib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Vaşinqton-Tehran arasında son şans? | Ərdoğan Trampa nə çağırış etdi? - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Xankəndidə rəsmi ziyafət verilib - Baku TV
