Dünya
Pleyeri seçin:
Ərdoğanla Əsəd hansı məsələləri müzakirə edəcək? - Detallar açıqlandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin mümkün görüşünün detalları açıqlanıb. Bu barədə “CNN Türk” məlumat yayıb.
Bildirilib ki, liderlər avqustun əvvəlində Rusiyanın paytaxtı Moskvada bir araya gələ bilərlər. Sözügedən görüşün Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçiriləcəyi gözlənilir.
Bundan başqa, ölkə liderlərinin İraqın paytaxtı Bağdadda və Türkiyə-Suriya sərhədindəki Kasep qapısında da görüşə biləcəkləri mümkün versiyalar sırasındadır.
Kopyalandı
Seçilmişlər