Ermənilər Belarusun İrəvandakı səfirliyinə yumurta ilə hücum etdi | Etirazın əsas səbəbi
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Buna səbəb Belarus lideri Aleksandr Lukaşenkonun ermənilərə ünvanladığı bəyanatlar olub.
Aksiyada iştirak edənlər səfirliyin işçilərinin ölkədən çıxarılmasını, Belarus ilə diplomatik münasibətlərə xitam verilməsini, səfirin isə arzuolunmaz şəxs kimi 3 gün ərzində ölkədən getməsini tələb ediblər. Bunun ardınca isə onlar diplomatik korpusun qapılarına yumurta, pomidor və kartof atıblar.
Xatırladaq ki, A.Lukaşenko avqustun 20-də Rusiya mediasına verdiyi müsahibəsində erməniləri tənqid edib, onların ünvanına kəskin sözlər deyib.
“Ermənistan bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatını inkişaf etdirib öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Emmanuel Makron? Sabah o da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq”, – deyə o, açıqlamasında deyib.
#Ermənistan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- Naxçıvana açılan yol və regional əlaqələri | İrəvan hansı addımı atdı? - Baku TV
