Ermənipərəst Paris merinin İmamoğluna dəstəyinin arxasında nə durur?
Yeniliklərdən dərhal xəbərdar olun
Paris Şəhər Şurası Türkiyədə həbs edilən və məhkəmədən sonra vəzifəsindən azad edilən İstanbul meri Ekrem İmamoğluya fəxri vətəndaşlıq verib.
Bu barədə “Figaro” qəzeti məlumat yayıb. Müvafiq qərar Şəhər Şurasının iclasında yekdilliklə qəbul edilib.
Paris meri Ann Hidalqonun sözlərinə görə, İmamoğluya partiyasını təmsil etmək və milyonlarla türkün adından danışmaq ədalətsiz şəkildə qadağan edilib, ona görə də o, Parisin tam dəstəyini gözləyə bilər:
“Fəxri vətəndaş adını almaq İmamoğluya müqavimət göstərmək gücü verəcək və Türkiyə hakimiyyətini demokratik ağlın səsinə qulaq asmağa məcbur edəcək”.
Qeyd edək ki, Ann Hidalqo xüsusi erməni sevgisi və Azərbaycanın daxili işlərinə qarışmaq çabaları ilə azərbaycanlılara yaxşı tanışdır. Bu mer-xanım 44 günlük müharibədən sonra xüsusilə “aktivləşmişdi”, sərhədimizə gəlmiş, Qarabağdakı ermənilərə “humanitar yardım” gətirmişdi.
A.Hidalqo antitürk mövqeyi, “Hayastan” fondu ilə geniş əlaqələri olan, erməni diasporuna xidmət edən biridir və onun İmamoğlunu müdafiə etməsi çox düşündürücüdür.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
