Ermənistan Baş naziri olmaq üçün Rusiya vətəndaşlığından imtina edir
Yeniliklərdən dərhal xəbərdar olun
“Güclü Ermənistan” partiyasının sədri və “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın digər ölkələrin vətəndaşlığından imtina etməsi prosesi artıq başlayıb”.
Bunu “Güclü Ermənistan” partiyasının idarə heyətinin üzvü Alik Aleksanyan jurnalistlərə bildirib.
O deyib ki, Samvel Karapetyan Rusiya vətəndaşlığından əlavə, Ermənistan və Avropa ölkələrindən birinin vətəndaşlığına da malikdir.
“Amma iki aydan sonra Samvel Karapetyanın yalnız bir pasportu olacaq və bu pasport onun vətəndaşlığını təsdiqləyəcək. Həmin pasport Ermənistan pasportu olacaq”, – Alik Aleksanyan əlavə edib.
Xatırladaq ki, həbsdə olarkən “Güclü Ermənistan” adlı partiya quran Samvel Karapetyan qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətindədir. Partiyası onun baş nazirliyə namizədliyini irəli sürüb. Amma ikili vətəndaşlığı olduğu üçün namizəd olmasının qarşısında qanuni əngəl var.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
