Ermənistan hərbçiləri Tavuşda aksiyalara qoşuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, bir erməni zabit və bir gizir 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə qoyaraq xidməti vəzifələrini yerinə yetirməkdən imtina ediblər.
“Həmin vaxt onlar, əslində, xidməti dayandıraraq nümayişçilərə qoşulublar”, – deyə məlumatda vurğulanıb.
Qeyd olunub ki, cinayət işi üzrə istintaq qrupu yaradılıb. Əldə olunan faktların hərtərəfli araşdırılması üçün zəruri əməliyyat-istintaq və digər inzibati tədbirlər həyata keçirilir.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
